Əfsanəvi keçmiş futbolçu Devid Bekhem qızı Harperlə nadir şəklini şəxsi bloqunun abunəçiləri ilə paylaşıb.
Yayımlanan şəkildə 12 yaşlı Harper Bekhem 48 yaşlı atasına makiyaj edir.
“Görünür, atam bir az pudra və konturdan istifadə edə bilərdi. Bunun nə demək olduğundan əmin deyiləm, amma sonradan daha yaxşı göründüm. Mənim kiçik vizajistim!", - o, belə şərh yazıb.
Bekhem ailəsinin pərəstişkarları Devidin "səbrini" yüksək qiymətləndiriblər.
“Mükəmməl ata! Nə qədər səbir”, “Bu, indiyə qədər gördüyüm ən şirin şeydir”, “Harper öz bacarığını atasında təkmilləşdirir”, “Sizin nəyaxşı ailəniz var” fikirlərini istifadəçilər şərhlərdə yazıblar.
Xatırladaq ki, 2019-cu ildə Harperin anası Viktoriya Bekhem öz gözəllik məhsulları xəttini - "Victoria Beckham Beauty"ni təqdim edib. O vaxtdan bəri iş qadını şəxsi bloqunda mütəmadi olaraq anasının məhsullarından bəzilərini artıq sınaqdan keçirmiş Harperlə fotolar paylaşır.
Devid və Viktoriya Bekhem dörd uşağın valideynləridir: 24 yaşlı Bruklin, 20 yaşlı Romeo, 17 yaşlı Kruz və 12 yaşlı Harper. 2022-ci ilin aprelində cütlüyün böyük oğlu aktrisa Nikola Peltzlə evlənib. Demək olar ki, toylarından dərhal sonra Viktoriya gəlini ilə şiddətli mübahisə etdi, lakin zaman keçdikcə barışa bildilər.