Infoteka.az
İdman

Messidən unikal nailiyyət

Amerikanın "İnter Mayami" klubunun hücumçusu klub tarixində ardıcıl iki oyunda birdən çox qol vurmağı bacaran ilk futbolçu olub.

Liqa kuboku oyununda argentinalı “Orlando” ilə oyunda dubla imza atıb.

Messi də ikinci dəfə start heyətində meydana çıxmaqla analoji nailiyyət əldə edə bilib. Əvvəlki oyunda o, iki dəfə “Atlanta Yunayted”in qapısına qol vurmuşdu (4:0).

Bu qələbə sayəsində "İnter" "Dallas"la oynayacağı turnirin 1/8-ə yüksəlib.

Messi iyulun 22-nə keçən gecə “İnter Mayami”də debüt edib və Amerika komandasının heyətində ilk qolu vurub. Hücumçu Liqa Kubokunun ilk turunda "Krus Asul"la görüşün 94-cü dəqiqəsində cərimə zərbəsindən fərqlənib. Messinin qolu "İnter Mayami"yə 2:1 hesablı qələbə qazandırıb.

Messi iyul ayında pulsuz transferlə “İnter Mayami”yə keçib.

Son iki ildə o, Fransanın PSJ  klubunda çıxış edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa kimi hesablanıb. Ümumilikdə Messi ötən mövsüm Fransa çempionatında 32 matçda 16 qol vurub, 16 məhsuldar ötürmə edib.

Infoteka.az