Qazaxıstanın bir nömrəli liqası “Octagon” Bakıda “ASED FC” ilə birlikdə turnir keçirəcək.
Avqustun 18-də Bakı İdman Sarayında təşkil olunacaq “Octagon 48” yarışının əsas döyüşü Gündüz Nəbiyev və Özbəkistan idmançısı İslom Boltayev arasında orta çəki dərəcəsində kəmər uğrunda olacaq.
Yarışda yerli MMA döyüşçülərindən Aqşin Babayev, Elnar İbrahimov, Röyal Leylizadə, Qədir Müslümzadə, Zəfər Əbdürrəhmanov, Cavid Rzayev, Mehdi Həsənov, Həsən Həsənov, Turac Əliyev, Cavad Məhəmmədhəsənov, İsmayıl İsmayilzadə və Sahil Mirzəyev güclərini sınayacaqlar.
“Octagon 48” turnirində Azərbaycan idmançıları ilə yanaşı, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Türkiyə döyüşçüləri də mübarizə aparacaqlar.