Almaniya Superkubokunda "Leypziq" "Bavariya" qarşılaşması keçirilib.
Görüş 3:0 hesabı ilə "Leypziq"in xeyirinə başa çatıb.
Görüş Münhendəki "Allianz Arena"da baş tutub.
Üç qolu ispaniyalı yarımmüdafiəçi Dani Olmo (3-cü, 44-cü və 68-ci dəqiqələrdə, penaltidən) vurub.
Bununla da “Leypsiq” ilk dəfə Almaniya Superkubokunu qazanıb.
“Bavariya” ardıcıl 11-ci dəfə ölkə çempionatının, “Leyptsiq” isə ardıcıl ikinci dəfə ölkə kubokunun qalibi kimi Super Kubokda iştirak edib.
Qeyd edək ki, matçın 63-cü dəqiqəsində "Bavariya"nın heyətində debüt edən hücumçu Harri Keyn meydana daxil olub.
Futbolçu ötən gün İngiltərənin "Tottenhem" klubundan "Bavariya"ya keçib.
Hücumçu "Bavariya" tarixində üçüncü ingilis olub, buna qədər bu ölkənin komandasında yalnız müdafiəçi Omar Riçards və yarımmüdafiəçi Ouen Harqrivs çıxış edib.