Bakı şəhərində daha bir binanın qarşısında səki zəbt olunub.
Belə ki, Nəsimi rayonu, Eldar Tağızadə küçəsində fəaliyyətə başlayan klinikanın qarşısındakı piyada yolu parklanmaya çevrilib.
Bakı şəhərində piyada səkilərinin vəziyyətinə dair aparılan təhlillər zamanı aşkar edilən çatışmazlıqlardan biri də küçə parklanma yerlərinin, eləcə də yolun hərəkət hissəsinin kustar üsullarla məhdudlaşdırılmasıdır:
“Qeyd edək ki, bu, inzibati məsuliyyət yaradan haldır. Mütəmadi olaraq tərəfimizdən bu cür qanunazid əməllərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri görülür. Sözügedən əraziyə tərəfimizdən baxış keçiriləcək”.