Rusiyada yeni minik avtomobillərinin satışı avqustda 2,6 dəfə artıb.
Avqust ayında Rusiyada yeni minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 109,7 min ədəd təşkil edib.
Eyni zamanda, səkkiz ayda 606 952 yeni minik avtomobili satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% çoxdur.
Lada və Çinin bütün istehsalçılarının satışları artıb, Kia (-53,2%), Hyundai (-54,3%) və Toyota (-34,4%) şirkətlərinin satışları isə azalıb.
Rusiya bazarının lideri yerli Lada markası olaraq qalır, onun payı avqustda 26%-i ötüb (bir il əvvəl bu, təxminən 37% idi). Ölkədə 28 721 tam yeni Lada minik avtomobili satılıb. Xarici avtomobillər arasında ikinci yeri və liderliyi Çinin Chery brendi (13 412 ədəd) tutur. İlk 5-liyə həmçinin Çin Haval (10 979 ədəd), Geely (8 838 ədəd) və Changan (6 869 ədəd) brendləri daxildir.
Ən populyar modellərə gəlincə, Lada Granta liderliyi qoruyub saxlayır: avqustda 16 037 avtomobil satılıb (ötən avqust ayı ilə müqayisədə 41,9% artım). İkinci yerdə Chery Tiggo 7 PRO Max qərarlaşıb (6092 avtomobil). İlk üçlüyü Haval Jolion bağlayır (5284 ədəd. artım 2,6 dəfə). Reytinqdə sonrakı yerləri Lada Vesta (5128 avtomobil, artım 2,7 dəfə) və Omoda C5 (4632 avtomobil) tutur.