Infoteka.az
İdman

"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

Argentina millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Anxel Di Mariya 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

İnfoteka.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İsraildə "Makkabi" (Hayfa) komandasına 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda zədələnən 34 yaşlı yarımmüdafiəçi bud nahiyəsindən xəsarət alıb.

Oyunçu təxminən 20 gün sonra məşqlərə başlayacaq.

Qeyd edək ki, Anxel Di Mariya bu ilin iyulunda "Yuventus"a keçib.

Infoteka.az