Bakıda Azərbaycan-Türkiyə Fintex Forumu keçirilir.
Ttədbirdə Azərbaycan Mərkəzi Bankının rəsmiləri, Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, Türkiyənin Elektron Pul və Ödəniş Qurumları Birliyi İdarə Heyətinin sədri Ufuk Bilgetekin iştirak edirlər.
Forumda “Azərbaycan-Türkiyə fintex ekosistemi”, “Fintex xidmət kimi” iş modeli, “Fintex üçün banklar”, “Fintex iş modelləri” texnoloji həllər, “Türkiyə və Azərbaycan ödəniş xidmətləri qanunvericiliyi”, “Buy now, pay later” iş modeli panellərində qeyd edilən istiqamətlərdə aktual müzakirələr aparılacaq.