“Sərnişinlərin diqqətinə çatdırırıq ki, QR bilet yalnız bir gediş üçün etibarlıdır”.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, QR bilet 5 dəqiqə ərzində etibarlıdır:
“QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır. Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır. QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.
Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343” qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər”.
B.Məmmədov onu da qeyd edib ki, “K Group” MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə “bənövşəyi xətt”in “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq edəcək:
“Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə yaşıl və qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb”.
Qeyd edək ki, “Bakı metropoliteni”ndə gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından “BakıKart” plastik kartları vasitəsilə həyata keçirilir.