Infoteka.az
Sosial

Azərbaycanda məktəblərdə telefondan istifadə qadağan edilə bilər

“Azərbaycanda fəaliyyət göstərən məktəblərə telefon gətirilməməsi məsələsi məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda məktəblərə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur:

“Amma bu tip məsələlər nəzərdən keçirilir”.

Nazir əlavə edib ki, gələcəkdə məktəblərdə telefondan istifadə qadağan edilə bilər.

Infoteka.az