Infoteka.az
Texnologiya

Bu ölkədə məmurların "iPhone" istifadə etmələri qadağan olundu

Çində dövlət idarələrində çalışan məmurların iş üçün “iPhone” və ya digər “Apple” qurğularından istifadə etmələri və onları iş yerinə gətirmələri qadağan olunub.

Bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.

Bildirilib ki, çinli məmurların “Apple” şirkətinin istehsalı olan məhsullarla yanaşı, bir sıra digər xarici markalara məxsus qurğulardan da istifadəsi qadağan edilib, lakin bu markaların adları açıqlanmayıb.

Bu tədbirin Çinin xarici texnologiyalardan asılılığını azaltmaq və ölkədə kibertəhlükəsizliyi gücləndirmək məqsədilə görüldüyü deyilir.

Həmçinin, bu qadağanın Çin şirkətlərinə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər görən ABŞ-yə cavab tədbiri olduğu da bildirilir.

Infoteka.az