Səhiyyə Nazirliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsində xəstəxananın tikintisi və tibbi avadanlıqlarla təchiz edilməsi (1), Salyandakı Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqlarla təchiz edilməsi (2), Samuxdakı Mərkəzi Rayon Xəstəxanasının tikintisi və tibbi avadanlıqlarla təchiz edilməsi (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
İnfoteka.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, 1-ci tenderin qalibi "Avant-Garde Pharma" MMC, 2-ci və 3-cü tenderlərin qalibi isə "Azmedtech" MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 3,453 milyon manat, 3,618 milyon manat və 4,783 milyon manat, ümumilikdə isə 11,854 milyon manat ödəniləcək.