Rusiya Prezidenti Vladimir Putin Moskva meri seçkilərində onlayn səs verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 8-dən Rusiyada səsvermə başlayıb, səsvermənin nəticələrinə əsasən bir çox regional parlamentlərin və yerli özünüidarəetmə orqanlarının tərkibi müəyyənləşəcək, Rusiya Federasiyasının 21 subyektində region rəhbərləri-qubernatorlar seçiləcək.
