Infoteka.az
Siyasət

Paşinyanın Makron və Şoltsla telefon danışığı olub

Ermənistan Baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qarabağda vəziyyəti və Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər. Ermənistan Baş naziri Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə dair yanaşmalara sadiqliyini təsdiqləyib. Nikol Paşinyan vurğulayıb ki, Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazırdır.

Kansler Şolts regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.

Infoteka.az