Infoteka.az
İdman

Ərəblər Azərbaycan klubuna və millimizin futbolçusuna böyük məbləğ ödəyəcəklər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Əyn” klubunun “Sabah”a ödəyəcəyi məbləğ məlum olub.

Ərəblər Azərbaycan təmsilçisinə təxminən bir milyon avro ödəyəcəklər. Bundan başqa, “Əl-Əyn” “Sabah”ın məhkəmə prosesindəki xərclərini də qarşılamalı olacaq.

BƏƏ klubu Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadəyə də ödəniş edəcək. “Əl-Əyn” futbolçuya ödəyəcəyi məbləğ 700 min avrodan çoxdur. Eyni qaydada oyunçunun vəkilə etdiyi ödənişləri də klub qarşılamalı olacaq.

Qeyd edək ki, 2021-ci ilin iyulunda Bəhlul Mustafazadə “Sabah”dan “Əl-Əyn”ə transfer olunub. BƏƏ klubu müqavilə şərtlərinə əməl etməyərək, bir ay sonra oyunçu ilə yollarını ayırıb, Azərbaycan təmsilçisinə ödənilməli olan transfer məbləği isə verilməyib. Bundan sonra həm “Sabah”, həm futbolçu qarşı tərəfdən FIFA-ya şikayət ediblər. Ali futbol qurumu şikayətləri təmin edib. Dünən isə İdman Arbitraj Məhkəməsi (CAS) “Sabah”ın lehinə qərar verib.

Infoteka.az