Türkiyə sərhədçiləri Yunanıstan və İrandan qanunsuz yolla ölkə ərazisinə keçmək istəyən 14-ü terrorçu olmaqla 21 nəfəri saxlayıb.
İnfoteka.az “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, onların 10-u FETÖ-çu, 4-ü isə PKK terror qruplaşmasının üzvləridir.