Infoteka.az
Dünya

Kanada baş nazirinin təyyarəsi xarab oldu: Hindistandan uça bilmədi

 

Hindistanda keçirilən “İyirmilik Qrupu” (G20) sammitində iştirak edən Kanadanın Baş naziri Castin Trüdo və bütün Kanada nümayəndə heyəti, o cümlədən mətbuat nümayəndələri təyyarədəki nasazlıq səbəbindən Yeni Delhidən uça bilməyiblər.

Məlumata görə, təyyarədə texniki problem olub və onu tez bir zamanda aradan qaldırmaq mümkün olmayıb.

Bununla əlaqədar olaraq bütün nümayəndə heyəti hələlik Hindistandadır. Trüdo və onu müşayiət edən şəxslərin Kanadaya nə vaxt uça biləcəyi bəlli deyil.

Infoteka.az