Infoteka.az
Sosial

Doğma torpağa qayıdışın sevincini yaşayan Füzuli sakinləri

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Sentyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 92 nəfər köçürülüb. 

Doğma torpağa qayıtmağın sevincini yaşayan Füzuli sakinləri öz təəssüratlarını Baku TV ilə bölüşüblər. 

“Köçkün düşəndə 39 yaşım var idi. İndi 69 yaşım var. Sevincimin həddi-hüdudu yoxdur”, - deyə ata-baba yurduna geri dönən Elxan Abdullayev söyləyib.

Infoteka.az