Bu ilin yanvar-avqust aylarında Azərbaycandan qaz ixracı 9% artıb.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Yanvar-avqust aylarında qaz ixracı 9% artıb. Avropaya 7.6 mlrd. m3, Türkiyəyə 6.7 mlrd. m3, Gürcüstana isə 1,5 mlrd. m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 3,8 mlrd. m3 qazla təchiz edib”, - paylaşımda qeyd olunur.
Məlumata görə, hesabat dövründə Azərbaycanda cəmi 15,8 mlrd. kubmetr qaz ixrac olunub.