Infoteka.az
İqtisadiyyat

Bu il sosial təminat xərcləri üzrə əhaliyə 4 mlrd. 910 mln. manat ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-sentyabr aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 910 mln. manat vəsait ödənilib.

Nazirlikdən İnfoteka.az-a verilən məlumata görə, həmin istiqamətlər üzrə ödənilən vəsaitlərdə artım ötən ilin eyni dövrünə nisbətən 10 faiz və ya 440 mln. manatdan çox olub.

Qeyd olunan artımın əsasında cari ilin əvvəlindən yeni sosial islahat mərhələsi kimi sosial ödənişlərin növbəti dəfə artırılması, eyni zamanda, sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsi dayanır.

Infoteka.az