Infoteka.az
Sosial

İKZF-in maliyyələşdirdiyi ipoteka kreditlərinin həcmi 2 milyard manata çatıb

Bu il yanvarın 1-nə İpoteka Kredit və Zəmanət Fondu (İKZF) 1 milyard 934,9 milyon manat ipoteka kreditini maliyyələşdirib.

Bu barədə İKZF-nın hesabatında bildirilib.

Hesabat dövrünə İpoteka Kredit və Zəmanət Fondunun digər maliyyə aktivləri isə 59,5 milyon manat təşkil edib.

Qeyd edək ki, bu günə qədər 46 708 borcalana 2 milyard 784,9 milyon manat ipoteka krediti verilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Infoteka.az