Biz "Azərkosmos" olaraq Beynəlxalq Astronavtika Konqresinə yalnız ev sahibliyi edirik. Məbləğ, konqresin proqramı, ən xırda detalların hamısı Beynəlxalq Astronavtika Federasiyası tərəfindən müəyyən olunur.
Bunu "Azərkosmos" QSC-nin mətbuat xidmətinin rəhbəri Fidan Behdbudova Beynəlxalq Astronavtika Konqresi ilə bağlı keçirilən brifinqdə bildirib.
"Demək olar ki, biz bunlara müdaxilə belə edə bilmirik. Ötən il Parisdə keçirilən tədbirdə də qiymət builki kimi idi. Əslində hər il təqdim olunan qiymətlər əvvəlki il ilə müqayisədə artırdı. Amma Bakıda keçiriləcək tədbirdə qiymətlər Parisdəki qiymətlərlə eyni saxlanıldı", -deyə Fidan Behdbudova vurğulayıb.