Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden gələn həftə Vaşinqtonda Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edəcək.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan keçirdiyi brifinqdə deyib.
Sallivanın sözlərinə görə, Bayden Nyu-Yorkdan qayıtdıqdan sonra Vaşinqtonda qəbul edəcək. Görüş cümə axşamı, sentyabrın 21-də baş tutacaq.
Baydenin müşaviri əlavə edib ki, bu, iki ölkə liderlərinin Ağ Evdə üçüncü görüşü olacaq.