Parisin Moskvanın Bakı və İrəvanla münasibətlərinə müdaxilə etmək cəhdləri uğursuzluğa məhkumdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun müsahibəsində səsləndirdiyi fikirlərə dair Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından yayılan bəyanatda bildirilib.
Diqqətə çatdırılıb ki, bu, Fransanın regiondakı nüfuzunun dəyərsizləşməsinə gətirib çıxaracaq.
“Biz Emmanuel Makronun Rusiyanın guya Cənubi Qafqazda sabitliyi pozmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə etdiyi barədə açıqlamalarını qəbuledilməz hesab edirik. Bu cür hücumlar Qərbin Rusiyanı iblisləşdirməyə yönəlmiş antiRusiya xəttinə uyğundur və qarşıdurma məntiqini Ukraynadan postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza köçürmək cəhdlərinə dəlalət edir. Fransa Prezidentinin absurd fikirləri Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərməməsindən xəbər verir və onun ölkəsinin konstruktiv rol oynamaq qabiliyyətini şübhə altına alır”, - Rusiya XİN-in bəyanatında qeyd olunub.