Infoteka.az
Sosial

Böyük Britaniyada qaçqın ailələrin yerləşdirildiyi yerlər

Böyük Britaniyada qaçqın ailələrin və müşayiət olunmayan uşaqların yerləşdirildiyi yerlər beynəlxalq standartlardan və ölkə qanunlarından geri qalıb.

“Human Rights Watch” (HRW) və Böyük Britaniyada yerləşən “Just Fair” qeyri-hökumət təşkilatının birgə apardığı araşdırma hesabat şəklində dərc olunub.

Qaçqınların sığınacaq, qida, təhsil, sağlamlıq və sosial təminat kimi insan haqlarını pozan ciddi nöqsanların paylaşıldığı hesabatda hökumətin bu problemləri həll etmək əvəzinə ölkə daxilində səfalət və hüquq pozuntularını artıraraq “uğursuz siyasət yürütdüyü və düşmənlik yolu tutduğu” yazılıb.

Hesabatda barjalar və yenidən təşkil edilmiş kazarma kimi yerlərdən sığınacaq kimi istifadənin “həll yolu” olmadığı, əksinə, daha çox insan hüquqlarının pozulmasına gətirib çıxardı bildirilib.

Sözügedən yerlərin yaşayış üçün uyğun olmadığı və şəxsi həyatı təmin etmədiyi, əsas xidmətlərdən uzaqda yerləşdiyinə diqqət çəkilib.

Belə yerlərin yalnız qısa müddətli qalmaq üçün lazım olduğu bildirilsə də, hesabatda barja, kazarma kimi yerlərdən qaçqınlar üçün sığınacaq kimi istifadənin xərcləri azaldacağını iddia edən səlahiyyətlilər tənqid edilib.

İlk addım kimi Daxili İşlər Nazirliyi uşaqlı ailələrin ən qısa zamanda ev və ya mənzil kimi uyğun yaşayış yerlərinə yerləşdirilməsini təmin etməlidir. Müşayiət olunmayan uşaqlar onlara qayğı və mühafizəni təmin edəcək yaşayış yerlərində yerləşdirilməlidir. Onların buna haqları var”.

Infoteka.az