Qəflətən çıxan tədbirlərdə nə geyinəcəyinizi düşünmək üçün vaxtınız yoxdursa, deməli, qara rəngli libaslara üstünlük verməlisiniz.
Qadınların əksəriyyəti getdikləri ən önəmli tədbirlərdə belə qara rəngli libas seçirlər. Bu rəngli geyimlərdən istifadə edərkən əlbəttə ki, onun dəbli olması və sizə yaraşması da əhəmiyyətlidir.
Hazırda hər birimizin əvəzedilməzi olan qara geyimlər əslində 1920-ci ildən əvvəl moda dünyasına daxil olub. Məşhur modelyer Coco Chanel bu rəngi dəb dünyasına gətirdiyi vaxtlar qara yalnız yas mərasimləri üçün nəzərdə tutulurdu. Belə geyimlərdən istifadə edərkən onları öz zövqünüzə uyğunlaşdıra bilərsiniz.
1. Qara dəri libas geyinmək çətindir, çünki hər zaman diqqət çəkir və bədənin xətlərini açıq şəkildə bildirir. Ancaq dəri geyimlərdən istifadə edən xanımlar həm də olduqca dəbli görünür. Çünki belə libaslar əsl cazibədarlıq və cəsurluq nümunəsidir. Xüsusuilə bu il ilan ili olduğu üçün dəri geyimlər daha aktualdır.
2. Bir az təmtərağı sevənlər qara parıldayan biserlərlə bəzədilmiş qısa dona üstünlük verə bilər. Bu, daha çox gedəcəyiniz məkandan asılıdır. Yaxşı olar ki, paltarın hər tərəfi deyil, yalnız üst hissəsi biserlərlə bəzədilmiş olsun.
3. Üzərində heç bir əlavəsi olmayan sadəcə dar, qısa qara geyim də şarmlı görünməyinizə səbəb olar. Libas dekolte olarsa, bu, sizə əlavə cazibədarlıq bəxş edər.
4. Məsumluğun və zərifliyin simvolu olan tül və qara parçanın vəhdəti mükəmməlliyin göstəricisidir. Ayaqqabı və aksesuarlarınızın köməyi ilə istədiyiniz görünüşü yarada biləcəyiniz tül libas sizə sevimlilik qatacaq.
5. Nəhayət bir çox qadınların ən sevimlisi olan, digərlərinin isə heç xoşlamadığı bir məqam. Qaşlı, tüklü incə bir geyim. Belə libaslar iddialı olmağı sevməyən xanımlar üçün daha məsləhətlidir.