Amerikanın kosmetika və ətir istehsalçısı "Estee Lauder" dörd aylıq danışıqlardan sonra "Tom Ford" moda evini almaq üçün 2,8 milyard dollarlıq müqaviləni imzalayıb.
Müvafiq məlumat brendin saytında dərc olunub.
Bu, kosmetika istehsalçısının tarixində ən böyük sövdələşmədir. İki şirkət arasında danışıqlar barədə məlumat bu ilin avqustunda ortaya çıxıb. "Tom Ford"un alınmasında "Estee Lauder"in əsas rəqibi "Gucci" brendinin də daxil olduğu "Fransanın Kering" şirkətlər qrupu olub.