Infoteka.az
Texnologiya

“Mazda” yeni krossoveri “CX-90”ı təqdim etdi

"Mazda” Azərbaycan yeni flaqman krossoverini “CX-90”ı təqdim etdi.

“Fairmont” Hoteldə təşkil edilmiş təqdimat mərasimində “Mazda” brendinin ən son modeli öz sevənləri ilə qovuşdu.

“CX-90” 3.3 L benzin mühərrikli olmaqla “High” və “High+” komplektasiyalarında alıcılara təklif edilir. Salon 3 cərgəli olmaqla 7 oturacağa malikdir. Avtomobil optimal enerji sərfiyyatı, 280 at gücü olan mühərrik, 3 fərqli sürüş (standart, off-road, idman) növü və 8 pilləli sürətlər qutusu ilə idarə edən şəxsə alternativ təcrübə vəd edir. “Mazda CX-90” “e-Skyactiv” mühərrik ilə yanacaq sərfiyyatına kifayət qədər güc qatır.

Yol zolağı assistenti, qəza önləyici arxa əyləc sistemi, kor bölgə kontrolu, ötmə-keçmə xəbərdarlıq sensoru, məsafə və sürət xəbərdarlığı, həmçinin digər xüsusiyyətləri ilə yapon texnologiyasının bir üst səviyyə təhlükəsizlik sistemi də avtomobili daha güvənilən bir hala gətirir. Əlavə olaraq, 360 dərəcə kamerayla bərabər ilk dəfə “CX-60”da təqdim edilən “see-through view” sistemi ilə də təchiz edilib. Avtomobil eyni zamanda “Driving Fatigue Reduction” sensoru vasitəsilə sürücünün yorğun, yuxulu və fiziki olaraq uyğun olmayan vəziyyətini də təyin edir.

Kodo dizaynının son nümunəsi olan “CX-90” genişləndirilmiş 12 düymlük monitor, naqilsiz şarj etmə, avtomatik oturacaq və güzgü tənzimləmə yaddaşı, panoramik dam örtüyü, dəri salon və erqonomik strukturu ilə ənənəvi “Mazda” komfortuna daha artıq rahatlıq qatır. Arxa cərgələrin özünə xas klimat kontrolu və elektrotexnika dəstəyi isə bütün sərnişinlərin rahatlığını təmin edir.

Infoteka.az