Xocavənd rayonunda minaya düşərək şəhid olan polis serjantı Seymur Mahmudovla vida mərasimi keçirilir.
Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbə sakini polis serjantı Mahmudov Seymur Elsəvər oğlu sentyabrın 19-da Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olub.
S. Mahmudov Binəqədi rayon qəbiristanlığında dəfn olunacaq.