Infoteka.az
İqtisadiyyat

2027-ci ilin sonuna ümumi dövlət borcu 31,4 mlrd. manat proqnozlaşdırılır

2027-ci ilin sonuna ümumi dövlət borcunun 31,4 milyard manat olacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-2027-ci illər ərzində xarici dövlət borcu üzrə həyata keçiriləcək əsas borc ödənişləri, habelə mövcud və yeni imzalanacaq kredit sazişləri çərçivəsində istifadələr nəzərə alınmaqla, 2027-ci ilin sonuna xarici dövlət borcunun 5,4 milyard ABŞ dolları və ya ÜDM-in 6,8 faizi həcmində olacağı proqnozlaşdırılır. 2024-2027-ci illər ərzində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə emissiya olunacaq yeni dövlət istiqrazları, o cümlədən Aqrarkredit QSC-nin dövlət zəmanətli öhdəliklərinin dövlət borcu kimi təsnifləşdirilməsi nəticəsində daxili dövlət borcunun 2027-ci ilin sonunda 22,2 milyard manat və ya ÜDM-in 16,4 həcmində qərarlaşacağı gözlənilir.

Belə olan halda, 2027-ci ilin sonunda ümumi dövlət borcu 31,4 milyard manat və ya ÜDM-in 23,2 faizi həcmində olacağı proqnozlaşdırılır.

Infoteka.az