BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclas yekunlaşıb.
İclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər.
Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış ediblər. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb.
İclas heç bir sənəd qəbul olunmadan başa çatıb.