Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 81 yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 998 nəfər müalicə olunaraq sağalıb, 9 min 931 nəfər vəfat edib. Aktiv xəstə sayı 498 nəfərdir.