Infoteka.az
Siyasət

Paşinyanın Kanada vətəndaşlığına malik olması barədə xəbərlər təkzib edilib

Ermənistan Nazirlər Kabinetinin aparat rəhbəri Arayik Arutyunyan baş nazir Nikol Paşinyanın Kanada vətəndaşlığına malik olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Aparat rəhbəri sosial şəbəkədə yayılanları yalan adlandırıb.

“Paşinyan yalnız Ermənistan Respublikasının subyektidir”, - o deyib.

Qeyd edək ki, sosial mediada Ermənistan Nazirlər Kabineti rəhbərinin Kanada pasportu olması barədə məlumatlar yayılıb.

Infoteka.az