Infoteka.az
Sosial

Ermənistanın Azərbaycana vurduğu ekoloji ziyanla əlaqədar BMT-də məsələ qaldırılıb

“Environmental Protection First” (EPF) Koalisiyasının üzvü olan “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji zərbə ilə əlaqədar BMT-də məsələ qaldırıb.

O, 22 sentyabr tarixində Baş Assambleyanın vərəmlə bağlı keçirilən yüksək səviyyəli görüşündə Ermənistanın qanunsuz və heç bir ekoloji norma və standartlar gözlənilmədən apardığı dağ-mədən sənayesi işlərinin həm region insanlarının sağlamlığını, həm də region ekosistemini təhdid etdiyini bildirib.

P.Vəliyeva Baş Assambleyaya səslənərək deyib: “Təmsil etdiyim təşkilat hazırda Cənubi Qafqaz regionunda Ermənistan Respublikası tərəfindən ekoloji norma və standartları kobud şəkildə pozan dağ-mədən sənayesinin qarşısını almaq məqsədilə advokasiya fəaliyyəti aparır. Ermənistan yüksək zəhərli kimyəvi tullantıların ətraf mühitə atılmasına məsul olmaqla beynəlxalq qəbul edilmiş bir çox konvensiyaları, o cümlədən Transsərhəd kontekstdə BMT-nin Espoo Konvensiyasının tələblərini kobud şəkildə pozaraq Transsərhəd çayları çirkləndirir.
Biz insan sağlamlığına və ekosistemimizə zərər vuran, sağlamlığımızı riskə atan bütün cəhdləri pisləyirik”.

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisinin çıxışı alqışlarla qarşılanıb.

Infoteka.az