Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası Bakıda “Olimpiakos”u qəbul edib. Yunanıstanda bu rəqibi 3 cavabsız qolla məğlub edən Ağdam təmsilçisi bu görüşdə də qələbəni hədəfləsə də, görüş qolsuz başa çatıb. Bu nəticədən sonra "Qarabağ" UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib.
Qrupun digər oyununda “Nant” “Frayburq”u qəbul edib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn "Frayburq" pley-offa vəsiqə qazanıb.
İdman