Müğənni Nura Suri növbəti dəfə polisə müraciət edib.
Sənətçi sosial şəbəkədə yaydığı videoaçıqlamada bildirib ki, o yenidən izləyicisi tərəfindən təhqirlərə məruz qalıb.
“Bakı Şəhəri Baş Polis idarəsinə gəlmişəm. Şərhlərdə haqqımda təhqir və söyüş yazan kim varsa, onlar haqqında ərizə yazıram. Bunlarla mən tək mübarizə aparıram. Heç kim heç kimə haqq vermir ki, tanımadığı insanı təhqir edib, söyüş söysün.
Nəzərinizdə olsun, əgər hardasa haqqımda nələrsə yazmısınızsa və mən bunu görmüşəmsə, bilin ki, haqqınızda ərizə yazılıb. Bu gün isə iki nəfərdən ərizə yazmağa gəlmişəm”, - deyə Nura paylaşdığı videoda vurğulayıb.
Sosial