Infoteka.az
İqtisadiyyat

Rusiya neft-qaz ixracını dayandırdı

Rusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyətlər tətbiq etməyə başlayıb. 

RF-nın baş naziri  Mixail Mişustin sentyabrın 21-də bununla bağlı müvafiq Fərman imzalayıb. 

Qeyd olunur ki, müvəqqəti məhdudiyyətlər daxili yanacaq bazarını təmin etməyə kömək edəcək ki, bu da istehlakçılar üçün qiymətləri aşağı salacaq.  

RF Energetika Nazirliyinin yaydığı məlumatda isə göstərilir ki, qərar “boz ixrac”ı (daxili bazar üçün alınmış yanacağın xaricə ixracı) effektiv şəkildə dayandırmağa imkan verəcək. 
Rəsmilər qeyd edirlər ki, qadağa müvəqqəti olsa da, hazırda etibarlılığının dəqiq və ya təxmini müddəti göstərilmir. Beləliklə, səlahiyyətli orqanlar bu fərmanı ayrıca qərarla ləğv edə bilərlər. 

Infoteka.az