Bu gün Avropa İttifaqı müşahidəçilərindən ibarət qrup Ermənistanın paytaxtı İrəvana gedib.
İnfoteka.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında yazıb.
O, qeyd edib ki, 27 üzv dövlət Ermənistanın sorğusuna cavab vermək üçün sürətlə hərəkətə keçib.
T.Klaarın sözlərinə görə, Avropa İttifaqının məqsədi vəziyyətə nəzarət etmək və sərhəddə Ermənistan-Azərbaycan münasibətlərinin sabitləşməsinə dəstəkdən ibarətdir.