Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbdə baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmaya başlayıb.
AQTA-dan bildirilib ki, hadisənin baş vermə səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı qurumun mütəxəssisləri ilə müvafiq strukturların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
“Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”.