Infoteka.az
Dünya

Kanada parlamentinin spikeri istefa verib

Kanada parlamentinin spikeri Entoni Rota istefa verib.

Bu barədə o parlamentdə çıxışı zamanı bildirib.

“Ürək ağrısı ilə demək istəyirəm ki, Parlamentin İcmalar Palatasının sədri vəzifəsindən istefa verirəm”, - deyə Rota bildirib.

Qeyd edək ki, spikerin istefasına səbəb onun Ukryana Prezidenti Vladimir Zelenskinin kanadalı parlamentarilərlə görüşünə 98 yaşlı nasist - SS divizyasında xidmət etmişYaroslav Hunkanı dəvət etməsi olub.

Infoteka.az