Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana keçmək istəyən sakinlər arasında fiziki məhdudiyyətli şəxslər də var.
Azərbaycan tərəfi Qarabağın erməni sakinləri arasında fiziki məhdudiyyətləri olan şəxslər üçün xüsusi tibbi maşınlar ayırmağa hazırdır.
Qeyd edək ki, rəsmi Bakı Qarabağın erməni sakinlərinin humanitar ehtiyaclarını ödəmək üçün praktiki addımlar atır.
Saatlı, Sabirabad və Ağdam xəstəxanaları Xankəndi yaxınlığındakı partlayışda xəsarət alanların kütləvi qəbulu üçün operativ şəkildə hazır vəziyyətə gətirilib, Bakıdan isə təcili olaraq onların müalicəsi üçün briqadalar göndərilib.