Infoteka.az
Sosial

Başlıbel qətliamı ilə bağlı ingilis dilində hesabat hazırlanıb

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi Başlıbel qətliamı ilə bağlı ingilis dilində hesabat hazırlayıb.

Hesabatda beynəlxalq hüquqa sığmayan cinayətlə bağlı təfərrüatlar öz əksini tapıb.

Təqdimatda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov çıxış edərək bu cür qətliam və soyqırımı faktlarının sənədləşdilməsinin vacibliyindən danışıblar.

Qeyd olunub ki, faciə ilə bağlı oktyabr ayında Almaniyada tədbir keçirilməsi planlaşdırılır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov isə gələcəkdə bu formada ingilisdilli hesabatın Ağdaban faciəsi ilə bağlı da hazırlana biləcəyini deyib.

Vasif Hüseynov yaxın vaxtlarda Başlıbel qətliamında ölən şəxslərin qəbirləri üzərində abidənin ucaldılması düşünüldünü də vurğulayıb.

Yekunda faciə şahidləri sözügedən faciə barədə təəssüratlarını bölüşüblər.

Infoteka.az