ABŞ Senatında Respublikaçılar Partiyasının bir neçə nümayəndəsi 2024-cü ildə Ukraynaya 60-80 milyard dollar yardım ayrılması məsələsi üzrə səsvermənin oktyabrda keçirilməsini istəyir.
Bu barədə “Punchbowl News” portalı məlumat yayıb.
Respublikaçılar Kiyevə yardım paketinin ayrılması məsələsi ilə bağlı gələn ay Konqresdə səsvermə keçirmək istəyirlıər. Bunun 2024-cü ilin noyabrına təyin edilmiş prezident seçkilərindən sonra da Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcəyi gözlənilir. Bu adddım həm də oktyabrın 1-dən federal hökumətin fəaliyyətini dayandırmasının qarşısını ala bilər.