Infoteka.az
Dünya

Baydenin köməkçisi məxfi sənədlərlə bağlı dindirilib

ABŞ prezidenti Co Baydenin bir neçə müşaviri, onun vitse-prezident olduğu dövrə (2008-2016) aid gizli sənədlərin analitik mərkəzdə və evində saxlanması ilə bağlı təhqiqat çərçivəsində dindirilib.

Bu barədə “The New York Times“ mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, xüsusi prokuror Robert Her tərəfindən dindirilənlər arasında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Baydenin baş köməkçisi Stiv Riçetti də var.

Infoteka.az