Infoteka.az
İqtisadiyyat

Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollara yazın ucuzlaşıb.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.99 dollar və ya 0.96% azalaraq 101.71 ABŞ dolları təşkil edib. Ötən gün "Azeri Light" 102.70 dollara ticarət edilmişdi.

Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.

Infoteka.az