Tokioda Yaponiyanın ən hündür göydələni olacaq binanın tikintisinə başlanılıb.
Bu barədə “Mitsubishi Estate” layihəsinin operator şirkəti məlumat yayıb.
Paytaxtın mərkəzindəki Tokio stansiyasının yanında tikintiyə başlanılıb. Məşəl qülləsi adlanacaq göydələnin hündürlüyünün təqribən 390 m olacağı və tikintisinin 2028-ci ilin mart ayına kimi başa çatdırılacağı gözlənilir. Beləliklə, yeni bina hazırkı rekordçunu - Tokioda da yerləşən 330 m hündürlüyü olan Azabudai Hills binasını keçərək ölkənin ən hündür binası olacaq.