Infoteka.az
Hadisə

Türkiyə DİN-in binası yaxınlığında partlayış baş verib, ölən və yaralılar var

Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.

Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb

Türkiyə DİN-in binası yaxınlığında partlayış baş verib

Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib, yaralı var.

Bu barədə "CNN Türk"ə istinadən xəbər verir.

Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib. Hadisə zamanı ölüm və yaralılarla bağlı məlumat verilmir.

Partlayışdan əvvəl atışma olduğu barədə məlumat yayılıb.

Infoteka.az