Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də "Azercell" şəbəkəsinə qoşulub.
Bu barədə informasiyanı işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell Telekom” MMC yayıb.
Xatırladaq ki, hazırda Qarabağda "Azercell"in 100-dən çox LTE texnologiya əsaslı baza stansiyası fəaliyyət göstərir.
Mobil operator Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Laçın rayonunda lider mobil operator 15-dən çox baza stansiyası quraşdırıb
Sosial