Infoteka.az
Dünya

Borrell: Aİ Ukraynanı dəstəkləməyə davam edəcək

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kiyevə səfəri zamanı yeni müdafiə naziri Rustem Umerov ilə görüşüb. Onlar Aİ-nin gələcək hərbi yardımını müzakirə ediblər.

Bu barədə Borrell Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, görüş zamanı onlar məlumat mübadiləsi və cəbhədəki vəziyyəti, eləcə də Aİ-nin Ukrayna ordusuna dəstəyi məsələlərini müzakirə etmək imkanı əldə ediblər.

Bundan əlavə, Borrell Aİ-nin Ukraynaya dəstəyi davam etdirəcəyini vurğulayıb.

Infoteka.az