Infoteka.az
Siyasət

Selçuk Bayraktar: “Qarabağda türkün gücünü hamı gördü”

“Qarabağda türkün gücünü hamı gördü”.

Bunu “Baykar” şirkətinin texniki direktoru, “TEKNOFEST” aerokosmik və texnologiya festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün Türkiyə dünyada ən yaxşı pilotsuz uçuş aparatlarına (PUA) sahibdir:

“Qarabağın azad olunmasında PUA-dan istifadə edildi. Bu, bizim üçün qürur mənbəyidir. Türklər ilk dəfə olaraq PUA-larla müharibədə qalib gəldilər. Türkün gücünü hər kəs gördü. Bu, əlbəttə, həm də şəhid və qazilərimiz sayəsində mümkün oldu”.

Infoteka.az